26.04.2019

Yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbir

Aprelin 26-da şəhər 2 nömrəli tam orta məktəbdə yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilib.Tədbirdə məktəbin pedaqoji kollektivi və 5-ci sinif şagirdləri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd məktəblilərin  təhlükəsizliyi, yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.

Tədbirdə məktəblilərə yol hərəkəti qaydaları haqqında  ətraflı məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib. Yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin vacibliyi vurğulanıb. Hər bir vətəndaşın həm özünü, həm də yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi qeyd edilib.

5-ci sinif şagirdlərinin təqdimatında səhnəciklər izlənilib. Eyni zamanda məktəblilər  şeirlər və mahnılar söyləyiblər.


Açar sözlər: ,  ,  ,