30.04.2019

Məktəblərdə akademik Zərifə Əliyevanın xatirəsi anılıb

Ağstafa rayon təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Akademik, görkəmli oftalmoloq - alim Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü ilə əlaqədar  “dəyirmi masa”, tədbir və bilik yarışları təşkil edilib.

Tədbirlər Dövlət himninin səsləndirilməsi və akademik Zərifə Əliyevanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirlərdə çıxış edənlər qeyd edib ki, Zərifə xanım Əliyeva oftalmologiya sahəsinin ən aktual problemləri ilə məşğul olub. O, görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıb. Akademik Zərifə Əliyevanın elmi fəaliyyətinin böyük hissəsi Moskva ilə bağlı olub və burada böyük elmi uğurlar əldə edib. Alim qazandığı uğurlarla səhiyyə sahəsində öz sözünü deməyi bacarıb.

Şagirdlər Zərifə Əliyevaya həsr edilən şeirlər səsləndirib, mahnılar ifa ediblər.

Tədbirlər akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən sənədli filmlərinin nümayişi ilə başa çatıb.


Açar sözlər: ,  ,  ,