06.05.2019

Heydər Əliyev mərkəzinə ekskursiyalar təşkil edilir

May ayının əvvəlindən başlayaraq Ağstafa rayon təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan şagirdlər üçün Heydər Əliyev mərkəzinə ekskursiyalar təşkil edilir.

Ekskursiyaların təşkil olunmasında məqsəd Heydər Əliyev irsini şagirdlərə aşılamaq və şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etməkdir.

Muzey işçiləri və müəllimlər Heydər Əliyevin keçdiyi ömür yolundan gemiş danışırlar. Müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verirlər. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulayırlar.

Həmçinin, ümummilli liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ulu öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağı vurğulanır.

Qeyd edək ki, mayın 10-na qədər ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar hər gün bir neçə təhsil müəssisəsi mərkəzə ekskursiya edəcək.


Açar sözlər: ,  ,