07.05.2019

“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda “dəyirmi masa” təşkil edilib

Mayın 7-də Ağstafa rayon təhsil şöbəsində Azərbaycan xalqının ümummilli lideriHeydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda “dəyirmi masa” təşkil edilib. “Dəyirmi masa”da təhsil şöbəsin əməkdaşları və ümumtəhsil müəssisələrinin direktorları iştirak edib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verilib. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi diqqət yetirib, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun təhsil strategiyasının reallaşdırılması məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirib.

Ulu öndərin irsinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb, müdrik rəhbərin siyasi xəttinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi şagirdlərin diqqətinə bir daha çatdırılıb.