10.05.2019

Qələbə Gününə həsr olunan tədbirlər 

Ağstafa rayon təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirlərdə təhsil şöbəsinin məsul şəxsləri, məktəbin müəllim və şagird kollektivləri iştirak edib.

Tədbirlər  Dövlət himninin səsləndirilməsi ilə başlayıb. II Dünya Müharibəsində canlarını qurban vermiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Alman faşizmi üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlər göstərdiyi şagirdlərin diqqətinə çatdırılıb, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən bəhs edilib.

Şagirdlər Böyük Vətən Müharibəsində faşistlərə qarşı qəhrəmanlıqla vuruşan həmyerlilərimizə həsr olunan şeirlərdən parçalar səsləndirib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,