14.05.2019

Ağstafa rayon təhsil şöbəsinin növbəti təhsilyanı Şura iclası keçirilib

Mayın 14-də Ağstafa rayon təhsil şöbəsinin təhsilyanı Şura iclası keçirilib. İclasda təhsil şöbəsinin məsul şəxsləri, rayonun ümümtəhsil məktəblərinin direktorları iştirak edib. İclasda aşağıdakı məsələlər müzkirə edilib.

-Ümumtəhsil məktəblərinin buraxılış siniflərində keçirilmiş monitorinqin nəticələri;

-Ağstafa rayon ümumtəhsil məktəblərinin təmayüllü siniflərində təhsilin təşkili və şagirdlərin təlim nailiyyətlərinin fəaliyyətinin araşdırılması;

Ümumtəhsil məktəblərinin buraxılış siniflərində keçirilmiş monitorinqin nəticələrini metodkabinet müdiri İmran Nəsibov məruzə edib. Rayon üzrə 8 şagirdin 100 faiz nəticə göstərdiyini də bildirib. Sonra təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması sahəsində görülən işlər haqqında Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktorunun hesabatı dinlənilib.

Daha sonra məktəb direktorları ilə məktəblərdəki problemləri müzakirə ediblər.


Açar sözlər: ,