20.05.2019

"Ölkəmizdə sosial-iqtisadi sahələr və təhsil sahəsində həyata keçirilən quruculuq işləri" mövzusunda seminar-mühazirə

Mayın 20-də texniki humanitar təmayüllü liseydə "Ölkəmizdə sosial-iqtisadi sahələr üzrə, o cümlədən təhsil sahəsində həyata keçirilən quruculuq işləri" mövzusunda seminar-mühazirə keçirilib. Seminarda məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak edib.

Məktəbin tarix müəllimi Ramiz Nəsirov ölkəmizdə sosial-iqtisadi sahələrdə keçirilən quruculuq işləri barədə seminar iştirakçılarına məlumat verib. Qeyd edib ki, bu gün yeni məktəblərin tikintisi, məktəblərdə aparılan əsaslı təmir işləri, əlavə korpusların inşaası böyük vüsət alıb. Bütün bu işlərin, aparılan yüksək səviyyəli siyasi xəttin təməlində isə insan amili dayanır. Dövlət başçısının neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı bildirdiyi fikirlər bu gün şüar deyil. Bu fikir artıq Azərbaycanın reallıqlarına çevrilməkdədir.

Şagirdlərin təqdimatında ölkəmizdə müxtəlif sosial-iqtisadi sahələrdə və o cümlədən də təhsil sahəsində həyata keçirilən quruculuq işləri, sosial müdafiə sahəsində ölkə Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” son fərman və sərəncamları, sosial müdafiə sahəsində atılan inqilabi addımlar, tikilən məktəblər, uşaq bağçaları və digər tədris ocaqları, onların infrastrukturu və təchizatını əhatə edən məsələlərə toxunulub.

Xatırladaq ki, seminar Təhsil Nazirliyinin 15.01.2019-cu il tarixli F-18 №li əmrini əsas tutaraq təşkil edilib.


Açar sözlər: ,  ,  ,