21.05.2019

“Sosial psixoloji yardım” mövzusunda “dəyirmi masa”

Mayın 21-də Yenigün tam orta məktəbində “sosial psixoloji yardım” mövzusunda “dəyirmi masa” təşkil edilib. “Dəyirmi masa”da məktəbin müəllimləri, psixoloq və şagirdləri iştirak edib.

“Dəyirmi masa”nın təşkil olunmasında əsas məqsəd məktəbdə səmərəli mühitin formalaşması işinə töhfə vermək, tam təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagirdləri  maarifləndirməkdir.

Məktəbin psixoloqu çıxış edərək məktəbdə  psixoloji işin təşkilinə xüsusi diqqət ayrıldığını qeyd edib. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,