22.05.2019

"Milli-Mənəvi dəyərlərimiz sərvətimizdir" mövzusunda “dəyirmi masa”

Mayın 22-də şəhər 2 nömrəli tam orta məktəbdə "Milli-Mənəvi dəyərlərimiz sərvətimizdir" mövzusunda “dəyirmi masa” təşkil edilib. “Dəyirmi masa”da məktəbin müəllimləri və 8-ci sinif şagirdləri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərimizi şagirdlə aşılamaq, onları cəmiyyətə şəxsiyyət kimi yetişdirməkdir.

Məktəbin tarix müəllimləri Sevda Əliyeva və Dilşad Allahyarova çıxışlarında şagirdlərə milli-mənəvi dəyərlərə, xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və nəsildən nəsilə ötürdüyü ənənələrə sadiq, eyni zamanda hərtərəfli düzgün, inkişaf etmiş vətəndaş və şəxsiyyət kimi yetişməsində, cəmiyyətə dəstək olmaları haqqında geniş məlumat veriblər. Şagirdlər də öz növbələrində mövzu ilə bağlı fikirlər bildiriblər. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi  ucaldan milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs mənəvi borcu olduğunu qeyd ediblər.


Açar sözlər: ,  ,  ,