23.05.2019

"Uşaqları qoruyaq" adlı tədbir keçirilib

Mayın 23-də şəhər 3 nömrəli məktəbdə "Uşaqları qoruyaq" adlı tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirin keçirilməsində məqsəd uşaqlar arasında ünsiyyətin gücləndirilməsi və onların yaradıcılıqlarının üzə çıxarılmasıdır.

Himn sədaları ilə başlanan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mübariz Tanrıverdiyev çıxışında Ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” sözlərini xatırlatdı. Məktəbin direktoru qeyd etdi ki, uşaq hüquqlarının müdafiəsinə dövlət təminat verir, bunula bağlı bir sıra mühüm qanunlar, dövlət proqramları qəbul edilir.

Məktəbin psixoloqu ölkəmizdə uşaq hüquqlarının qorunmasının qanunvericiliklə tənzimləndiyini, uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət proqramlarının həyata keçirildiyini vurğulayıb.

Tədbirin sonunda şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim olunub.


Açar sözlər: ,  ,