27.05.2019

Texniki humanitar təmayüllü liseyə qəbul imtahanı keçirilib

Mayın 26-da texniki humanitar təmayüllü liseyin VI, VII və VIII siniflərinə qəbul imtahanı keçirilib. İmtahanda rayonun müxtəlif məktəblərindən 146 şagird iştirak edib. VI sinif şagirdləri Ana dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya və biologiya fənnlərindən  50, VII sinif şagirdləri Ana dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya, fizika və biologiya fənnlərindən  60, VIII sinif şagirdləri isə Ana dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya, fizika, kimya və biologiya fənnlərindən 70 sualı cavablandırıblar. Şagirdlərə sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt ayrılıb. İmtahanın cavabları iyun ayının 3-də məlum olacaq və şagirdlərə göndəriləcək.

Qeyd edək ki, hər il may ayında texniki humanitar təmayüllü liseyə qəbul imtahanı keçirilir. Hal-hazırda liseydə 160 nəfər şagird təhsil alır.


Açar sözlər: ,