04.06.2019

2-ci və 5-ci sinif şagirdləri arasında monitorinq keçirilib

İyunun 4-də Köçəsgər kənd 2 nömrəli tam orta məktəbdə 2-ci və 5-ci sinif şagirdləri arasında ana dili, riyaziyyat və xarici dil fənnlərinin səviyyəsinin öyrənilməsi məqsədi ilə monitorinq imtahanı keçirilib. İmtahan məktəb rəhbərliyi tərəfindən təşkil edilib.

2-ci sinif şagirdlərinə 3 saat ərzində 45 sual, 5-ci sinif şagirdlərinə isə 75 sual təqdim edilib. Monitorinq imtahanında 2-ci siniflərdən 35, 5-ci siniflərdən 26, ümumilikdə 61 şagird iştirak edib.

Qeyd edək ki, Köçəsgər kənd 2 nömrəli tam orta məktəbdə bu cür monitorinq imtahanları il ərzində bir neçə dəfə təşkil edilib.


Açar sözlər: ,