07.06.2019

Rus dili və ədəbiyyatı üzrə XI olimpiadanın qalibləri mükafatlandırılıb

İyunun 4-də Bakı Slavyan Universitetində Rus dili və ədəbiyyatı üzrə XI olimpiadaya yekun vurulması münasibətilə təntənəli mərasim keçirilib.

Tədbir Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Ağstafa rayonundan olan şagirdlər də iştirk ediblər. Şəhər 3 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Günel Məmmədova, Köçəsgər kənd 1 nömrəli tam orta məktəbin VII sinif şagirdi Zərnigar Mehdiyeva, şəhər 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Samir Murquzov mükafatlandırılıb.

Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam etdirilib.


Açar sözlər: ,  ,