10.06.2019

Məktəblilərin Respublika Yaradıcılıq Festivalında Ağstafa məktəbliləri qalib olub

İyunun10-da Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən təşkil olunan Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqəsinin yekun mərhələsi başa çatıb. Müsabiqə Beynəlxalq Muğam Mərkəzində təşkil edilib.

Respublikanın bütün ümumi təhsil müəssisələrinin qatıldığı festivalın məqsədi məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzinin formalaşdırılması, onlara ixtisas və peşə seçimi imkanlarını təmin edən müvafiq bacarıqların verilməsi, ümumtəhsil məktəblərinin fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

Məktəblilərin Respublika Yaradıcılıq Festivalında Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri “Dram” nominasiyası üzrə I yerə layiq görülüblər. Məktəblilər Diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.


Açar sözlər: ,