11.06.2019

Respublika fənn olimpiadasında iştirak edən şagirdlərlə görüş

İyunun 11-də Təhsil şöbəsinin müdiri Kamran Abbasov Respublika fənn olimpiadasında iştirak edən şagirdlərlə görüşüb. Məktəblilərə təhsil şöbəsinin diplom və hədiyyələrini təqdim edib.

Qeyd edək ki, Ağstafa məktəblərindən 5 şagird Respublika fənn olimpiadasının final mərhələsində iştirak edib. Texniki humanitar təmayüllü liseyin şagirdi Fərid Mürşüdov Respublika fənn olimpiadalarının final mərhələsində III yeri tutaraq bürünc medal mükafatçısı olub.