13.06.2019

Ağstafa təhsili 2018-2019-cu tədris ilində…

2018-2019-cu tədris ili ümumi təhsil sahəsində müəyyənləşdirilmiş prioritet fəaliyyət istiqamətlərinə uyğun olaraq, Ağstafa Rayon Təhsil Şöbəsi tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə səmərəli fəaliyyət istiqaməti seçilib.

Təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Təhsildə keyfiyyətin dayanıqlılığını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə bütün potensial imkanlar səfərbər edilib.

 

Ümumi statistika

Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyində 33 tam orta məktəb, 1 lisey, 2 ümumorta, 3 ibtidai məktəb və 2 məktəbdən kənar təhsil müəssisəsi fəaliyyət göstərir.

Ağstafa RTŞ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 1389 müəllim çalışır.

Ağstafa RTŞ-nin tabeliyindəki məktəblərdə 11 116 şagird təhsil alır.

2017-2018-ci tədris ilində Ağstafa rayonundakı ümumi təhsil məktəblərini I sinif üzrə 1234, IX sinif  üzrə 933, XI sinif üzrə 642 şagird bitirib. Növbəti tədris ilində Ağstafa rayonu üzrə I sinfə 1400  şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

 

33 məktəbdə 43 məktəbəhazırlıq qrupu

Ağstafa RTŞ-nin tabeliyindəki 33 ümumi təhsil müəssisəsində 43 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 780 uşaq məşğələlərə cəlb olunub.

 

İlk dərslər vətənpərvərlik mövzusuna həsr edilib

Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunub.

 

16 məktəbdə 17  təmayül sinfi təşkil olunub

2018-2019-cu tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişlənib. Ağstafa RTŞ-nin tabeliyindəki  16 məktəbdə 17 təmayül sinfi təşkil olunub. Bu siniflərdə 349 şagird təhsil alıb. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planı və proqramları hazırlanaraq təsdiq edilib.

 

35 nəfər işə qəbul olunub

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi və müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş müsahibələrin nəticəsində 35 nəfər daimi əsaslarla işə qəbul olunub.

 

3 nəfər müəllimin iş yeri daimiləşib

2019-cu ilin aprel ayında Təhsil Nazirliyi tərəfindən təşkil edilən daimiləşmə prosesində müddətli müqavilə ilə çalışan 3 müəllimin 2019-2020-ci dərs ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə işə qəbuluna razılıq verilib.

 

Müəllimlər təltif edilib

2018-2019-cu tədris ilində ölkə Prezidentinin sərəncamlarına əsasən, rayondakı ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunublar. Şəhər 2 nömrəli tam orta məktəbin ədəbiyyat müəllimi Nigar Bezraşvald  “Əməkdar müəllim” fəxri adına, Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbin direktoru Mahir Nəbiyev “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb.

Eləcə də 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ərəfəsində səmərəli fəaliyyəti ilə fərqlənən təhsil işçilərinə Ağstafa RTŞ tərəfindən Fəxri fərman və hədiyyələri təqdim olunub.

 

4 nəfər direktor vəzifəsinə işə qəbul olunub 

Məktəb direktorlarının işə qəbulu üzrə keçirilən müsabiqə nəticəsində Ağstafa RTŞ-nin tabeliyindəki təhsil müəssisələrinə 2018-2019-cu tədris ili ərzində 4 nəfər direktor vəzifəsinə işə qəbul edilib. 

 

Azərbaycan müəllimlərinin XV qurultayı

Azərbaycan müəllimlərinin XV qurultayında Ağstafa təhsil işçiləri iştirak ediblər.

 

Mövcud vəziyyəti öyrənmək üçün qiymətləndirmələr keçirilib

Ağstafa RTŞ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IV, IX və XI siniflərində tədris dili, riyaziyyat və ingilis dili fənlərindən qiymətləndirmələr təşkil edilib. Mütəmadi monitorinqlər təşkil edilib.

 

Əlilliyi olan uşaqlar evdə təhsilə cəlb edilib. Rayon üzrə belə uşaqların sayı 52 nəfərdir.

 

Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqədə bir müəllim Mədəd Zeynalov qalib olub.

 

169-dan artıq pedaqoji mühazirə dinlənilib

Ağstafa RTŞ-nin tabeliyindəki ümumi təhsil məktəblərində çalışan müəllimlərin 169-dan artıq pedaqoji mühazirəsi dinlənilib.

 

“Ədəbiyyat biliciləri” müsabiqəsində bir şagird mükafatlandırılıb.

 

Respublika Fənn Olimpiadalarında bürünc medal

Respublika Fənn Olimpiadalarında 5 şagird iştirak edib. Onlardan biri Fərid Mürşüdov bürünc medala layiq görülüb.

 

Rus dili və ədəbiyyatı üzrə XI olimpiada

Rus dili və ədəbiyyatı üzrə XI olimpiadada 3 nəfər şagird qalib gəlib. Şəhər 3 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Günel Məmmədova, Köçəsgər kənd 1 nömrəli tam orta məktəbin VII sinif şagirdi Zərnigar Mehdiyeva, şəhər 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Samir Murquzov mükafatlandırılıb.

 

V Respublika fənn müsabiqələri

263 şagird V Respublika fənn müsabiqələrində iştirak edib. 46 şagird finala vəsiqə qazanıb.

 

Ümummilli liderin 96 illik yubileyinə həsr olunmuş tədbirlər

Ağstafa RTŞ-nin tabeliyindəki ümumi təhsil məktəblərində Ümummilli liderin 96 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib.

 

Ağstafa RTŞ-nin tabeliyindəki ümumi təhsil məktəblərində “Nəsimi ili”nə həsr olunmuş  silsilə tədbirlər keçirilib.

Belə ki, təhsil müəssisələrində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş konfrans, mühazirə, disput, “Dəyirmi masa” və ədəbi-bədii gecələr təşkil edilib. Eləcə də təhsil müəssisələrində unudulmaz şairə həsr olunan fotostendlər, bülletenlər hazırlanıb, guşələr yaradılıb, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub. Bundan əlavə, “Nəsimi ili” çərçivəsində məktəblilər arasında bədii qiraət müsabiqələri, bilik yarışları keçirilib. Məktəb kitabxanalarında İmadəddin Nəsiminin əsərləri əsasında müzakirələr aparılıb.

 

Ağstafa RTŞ-nin tabeliyindəki ümumi təhsil məktəblərində “Oxu günü”nə həsr olunmuş  silsilə tədbirlər keçirilib.

 

Ağstafa RTŞ-nin tabeliyindəki ümumi təhsil məktəblərində “Yol hərəkəti qaydaları”na həsr olunmuş  silsilə tədbirlər keçirilib

 

“Məktəblilər üçün muzey həftəsi”

“Məktəblilər üçün muzey həftəsi” çərçivəsində rayon məktəblilərinin müxtəlif tarixi məkanlara və muzeylərə ekskursiyaları təşkil edilib.

 

Ağacəkmə aksiyaları

Təhsil Nazirliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyası çərçivəsində rayondakı ümumi təhsil məktəblərinin ərazisində yeni yaşıllıq zolaqları salınıb, çoxsaylı ağaclar əkilib.

Məktəblilərin Respublika Yaradıcılıq Festivalında Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri “Dram” nominasiyası üzrə I yerə layiq görülüblər. Məktəblilər Diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.

 

Məktəblərin “facebook” səhifəsi yaradılıb.

Ağstafa RTŞ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin “facebook” səhifəsi yaradılıb. Səhifələri idarə edən şəxslər üçün təlimlər təşkil edilib.