14.06.2019

Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində "Son zəng" tədbiri keçirilib

İyunun 14-də Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində "Son zəng" tədbiri keçirilib.

“Son zəng” tədbirlərində valideyn komitələri, ictimaiyyət nümayəndələri və məktəb məzunları iştirak edib.

2018-2019-cu tədris ilində Ağstafa rayonundakı ümumi təhsil məktəblərini I sinif üzrə 1234, IX sinif  üzrə 933, XI sinif üzrə 642 şagird bitirib.

Növbəti tədris ilində Ağstafa rayonu üzrə I sinfə 1400  şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Himn sədaları altında Azərbaycan bayrağının yüksəldilməsi ilə başlanan “Son zəng” tədbirlərində məzunlar mahnı oxuyub, şeirlər söyləyib, rəqslər nümayiş etdiriblər. Eyni zamanda əldə etdiyi bilik və bacarıqlara görə müəllimlərinə təşəkkür ediblər.

Dərs ili ərzində tədrisdə xüsusi fərqlənən müəllim və şagirdlər fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.


Açar sözlər: ,  ,