03.07.2019

Ağstafa rayon təhsil şöbəsinin növbəti təhsilyanı Şura iclası keçirilib

İyulun 3-də Ağstafa rayon təhsil şöbəsinin təhsilyanı Şura iclası keçirilib. İclasda təhsil şöbəsinin məsul şəxsləri, rayonun ümümtəhsil məktəblərinin direktorları iştirak edib. İclasda aşağıdakı məsələlər müzakirə edilib.

-“Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə istisnaolmaqla) aparılması qaynasının təsdiq edilməsi barədə” Təhsil Nazirliyinin 28.12.2018 tarixli qərarının seçmə qaydasında vəziyyəti;

-2018-2019-cu dərs ilində respublika fənn olimpiadalar və fənn müsabiqələrinin təşkili, keçirilməsi və nəticələri.

“Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə istisnaolmaqla) aparılması qaynasının təsdiq edilməsi barədə” metodkabinet müdiri İmran Nəsibov məruzə edib. Sonra 2018-2019-cu dərs ilində respublika fənn olimpiadalar və fənn müsabiqələrinin təşkili, keçirilməsi və nəticələrini haqqında məlumat verib.

Daha sonra məktəb direktorları ilə məktəblərdəki problemləri müzakirə ediblər.


Açar sözlər: ,  ,  ,