12.07.2019

Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təlimi davam edir

İyul ayının 8-dən şəhər 1 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qruplarında dərs deyəcək  müəllimlərin təlimi başlayıb. Təlimdə  məktəbəhazırlıq qruplarında dərs deyəcək  43 müəllim iştirak edir. Belə ki, təlimlər 2 növbədə  6 saat olmaqla Təhsil Nazirliyi tərəfindən təyin edilən təlimçi tərəfindən keçirilir. Birinci növbə 08:30-dan 13:30-a qədər , ikinci növbə 13:30-dan 17:30-a qədər davam edir. Təlimlər iyulun 13-də yekunlaşacaq.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında dərslər oktyabrın 1-də başlayır və may ayının 31-də yekunlaşır.