17.07.2019

Ağstafalı müəllimlər respublika pedaqoji mühazirələrində fərqləniblər

 Respublika pedaqoji mühazirələrinin yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin 15 iyul 2019-cu il tarixli F-446 №li əmrinə əsasən Ağstafa şəhər texnini-humanitar təmayüllü liseyin tarix müəllimi Ramiz Nəsirov II dərəcəli diplomla, kimya-biologiya müəllimi Gülnar Qəhrəmanova isə III dərəcəli diplomla təltif olunub.

Pedaqoji mühazirələrin keçirilməsində məqsəd ümumi təhsil sahəsində keyfiyyət göstərcilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübələri təbliğ etməkdir.

Qeyd edək ki, pedaqoji mühazirələrin ilin mart-aprel aylarında keçirilib.


Açar sözlər: ,