24.07.2019

Fərqlənmə attestatları şagirdlərə təqdim edilir

Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin tam orta təhsil və ümumi orta təhsil səviyyələrini bitirmiş məzunlara fərqlənmə attestatları təqdim olunur. Ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 5, tam orta təhsil səviyyəsi üzrə isə 17 nəfər fərqlənmə attestatı ilə bitirib.

Qeyd edək ki, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alan və ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.

Məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.