12.09.2019

Şagirdlərə dərsliklər paylanılır

Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərində təhsil alan şagirdlərə 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş dərsliklər paylanılır. Dərsliklərin şagirdlərə paylanılması sentyabrın 13-dək davam edəcək.

Şagirdlərdən və onların valideynlərindən qeyd edilən müddətə qədər müvafiq dövlət ümumi təhsil məktəbinə müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Bu, tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcək. Hansısa səbəbdən dərsliklərlə təminatda çətinlik yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir.

Şagird və valideynlərin nəzərinə o da çatdırılır ki, mövcud qaydalara görə dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur. 2019-2020-ci tədris ilində şagirdlərin istifadəsinə veriləcək dərsliklər əvvəlki illərdə istifadə olunmuş və 2019-cu ildə yeni çap olunmuş dərsliklərdir.


Açar sözlər: ,