13.09.2019

Məktəblərdə yeni dərs ilinə hazırlıq işləri davam edir

Ağstafa ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir. 2019-2020-ci dərs ilinə hazırlıq çərçivəsində düşmənlə sərhəddə yerləşən Yaradullu kəndində modul tipli məktəb binası quraşdırılır. Gürcüstanla sədhəddə Böyük Kəsik kənd tam orta məktəbinin binası yenidən tikilib, Muğanlı, Qırılı, Köçəsgər 2 nömrəli, Zəlimxan, Həsənsu, Xılxına, Köçvəlili, Qarahəsənli kənd və Poylu qəsəbəsindəki məktəb binalarında da cari və əsaslı təmir işləri aparılıb.

Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.


Açar sözlər: ,