16.10.2019

"Narkotik vasitələrin insan mənəviyyatına və sağlamlığına zərəri və fəsadlı nəticələri" mövzusunda “dəyirmi masa”

Oktyabrın 16-da şəhər 3 nömrəli tam orta məktəbdə "Narkotik vasitələrin insan mənəviyyatına və sağlamlığına zərəri və fəsadlı nəticələri" mövzusunda “dəyirmi masa” təşkil edilib. Tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək və məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.

Məktəbin psixoloqu Elnarə İskəndərova narkomaniyanın cəmiyyətə və ümumilikdə, bəşəriyyətə çox böyük ziyan vurması və mümkün olan bütün vasitələrdən istifadə edərək, onun qarşısının alınması barədə geniş məlumatlar verib. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,