18.10.2019

Müstəqilliyimizin 28-ci ili...

Oktyabrın 5-də Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbirlər keçirilib.

Belə ki, təhsil müəssisələrində “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunan konfranslar,  “Dəyirmi masa”lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Eləcə də təhsil müəssisələrində bayram münasibətilə fotostendlər, bülletenlər hazırlanıb.

Tədbirlərin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə  hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini  yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf  yolunda qazandığı parlaq nailiyyətləri  təbliğ etməkdən ibarətdir.

Tədbirlərdə çıxış edənlər o dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizələrdən danışıb və XX yüzilliyin  xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildiriblər. Qeyd olunub ki, “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 1991-ci ilin 18 oktyabr günü xalqımızın tarixinə şərəfli və əlamətdar səhifə kimi yazılıb.

Şagirdlərin ifasında şeirlər və mahnılar səsləndirilib. Şagirdlər tərəfindən göstərilən ədəbi-bədii kompozisiyalar tədbirlərə daha da rəngarərənglik qatıb. Tədbirlərdə dövlət müstəqilliyindən bəhs edən videoçarx nümayiş etdirilib.


Açar sözlər: ,  ,