24.10.2019

Təhsil Şöbəsi tərəfindən III sinif şagirdləri monitorinq edilib

Oktyabrın 24-də III sinif şagirdləri arasında ana dili və riyaziyyat fənnlərinin səviyyəsinin öyrənilməsi, həmçinin oxu, anlama və riyazi hesablama bacarıqlarının öyrənilməsi məqsədi ilə monitorinq imtahanı keçirilib. Təhsil Şöbəsi tərəfindən təşkil edilən imtahan rayonun 6 məktəbində - şəhər 1, 2 və 3 nömrəli, Göycəli, Qaçaq Kərəm və Yenigün kənd tam orta məktəblərində keçirilib.

Şagirdlər 60 dəqiqə ərzində 10 ana dili, 10 riyaziyyat sualını cavablandırıblar. Suallar 2 variantda hazırlanıb.

Şagirdlərin cavabları növbəti həftə yoxlanılaraq məktəblərə göndəriləcək.


Açar sözlər: ,