26.10.2019

Karate-do üzrə uşaqlar və yeniyetmələr arasında turnir keçirilib.

Oktyabrın 26-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin təşəbbüsü, Ağstafa rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı və Ağstafa Rayon Təhsil Şöbəsinin dəstəyi ilə şəhid Şahlar Hüseyn oğlu Hüseynovun xatirəsinə həsr olunmuş karate-do üzrə uşaqlar və yeniyetmələr arasında turnir keçirilib. 

Göycəli kənd tam orta məktəbinin idman zalında təşkil olunan turnirdə Gəncə və Şəki şəhərlərindən Göygöl, Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarından 100-ə yaxın idmançı 16 dəst medal uğrunda mübarizə aparıb.

Uşaq və yeniyetmə karateçilər arasında təşkil olunan yarışın məqsədi, vətən uğrunda canını qurban vermiş şəhidlərmizi yad etmək və bölgələrimizdə karate-do idman növünün təbliği və inkişafına nail olmaq, eləcə də idmançıların təcrübələrinin və ustalıq səviyyəsinin artırılmasıdır.

Ümümilikdə medal sayna görə 1-ci yerə Ağstafa rayonu (komandası), 2-ci yerə Gəncə şəhəri(2 saylı UGŞİM), 3-cü yerə Qazax rayonu (Avey idman kulubu) laiq görülüb.


Açar sözlər: ,  ,