07.11.2019

"Narkotik vasitələrdən uzaq ol” adlı “dəyirmi masa”

Noyabrın 7-də Vurğun qəsəbə  tam orta məktəbdə "Narkotik vasitələrdən uzaq ol” adlı “dəyirmi masa” təşkil edilib. Tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək və məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.

Söhbət aparan müəllimlər narkomaniyanın cəmiyyətə və ümumilikdə, bəşəriyyətə çox böyük ziyan vurması, mümkün olan bütün vasitələrdən istifadə edərək, onun qarşısının alınması barədə geniş məlumatlar veriblər. Həmçinin müvafiq məsələlərə dair fikir və təkliflər irəli sürülüb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,