14.11.2019

Xarici dil fənnindən monitorinq

Noyabrın 14-də Ağstafa rayon təhsil şöbəsi tərəfindən Dağ Kəsəmən kənd tam orta məktəbində monitorinq imtahanı keçirilib. İmtahanda IV, IX və XI sinif şagirdləri iştirak edib.

Monitorinqin keçirilməsində məqsəd IV, IX və XI sinif şagirdləri arasında xarici dil fənninin səviyyəsinin öyrənilməsidir. Monitorinq oxuyub anlama və dinləyib anlama üzrə aparılıb.

Şagirdlərin cavabları növbəti həftə yoxlanılaraq məktəblərə göndəriləcək.


Açar sözlər: ,