14.11.2019

"Yüksək texnologiyalar sahəsində ixtisasların təbliğinə dair"  yuxarı sinif şagirdlərinin iştirak ilə "dəyirmi masa"

Noyabrın 14-də Aşağı Kəsəmən kənd tam orta məktəbində "Yüksək texnologiyalar sahəsində ixtisasların təbliğinə dair"  yuxarı sinif şagirdlərinin iştirak ilə "dəyirmi masa" təşkil edilib.

“Dəyirmi masa” yüksək texnologiyalar sahəsində ixtisasların təbliğinə dair maarifləndirmə işlərinin aparılması məqsədilə təşkil edilib.

Çıxış edənlər qeyd edib ki, İKT-nin təhsildə tətbiqi Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir. Son illər dövlət tərəfindən təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihə və tədbirlər həyata keçirilməkdədir.cBu müstəvidə icra olunan fəaliyyətlər təhsil sahəsində aparılan strategiya çox vacib mərhələlərdən biri hesab edilən təhsil ocaqlarında İKT infrostrukturun qurulmasına yönəlib.

Tədbirdə şagirdlərə müasir texnologiyaların inkişafı haqqında,texnologiyaların inkişafı üzrə yaranmış yeni ixtisaslar haqqında məlumatlar verilmişdir.


Açar sözlər: ,