15.11.2019

“Əhməd bəy Ağaoğlu haqqında nə bilirik?” mövzusunda silsilə tədbirlər

Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Əhməd bəy Ağaoğlu haqqında nə bilirik?” mövzusunda silsilə tədbirlər, “dəyirmi masa”lar təşkil edilir. 

Tədbirlərin keçirilməsində məqsəd şagirdləri milli-vətənpərvər ruhda tərbiyyə etməkdir.

Çıxış edənlər bildirib ki, Əhməd bəy daim milli mübarizə hərəkatının önündə olub. Onun bütün yazılarında, ideologiyasında sülh, əmin-amanlıq məfhumları xüsusi yer tuturdu. O, əsərlərində insan azadlığını, qanunun aliliyini vacib sayırdı. Əhməd bəyə qarşı aparılan kampaniyalar onun əzmini qıra bilmədi. Ömrü boyu xalqımız üçün yazdı, yaratdı.

Tədbirlərdə böyük mütəfəkkirin həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından geniş danışılıb. Qeyd edilib ki, Əhməd bəy Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb.

Tədbirlərin sonunda  Əhməd bəy Ağaoğlunun ömür yoluna işıq salan, böyük şəxsiyyətin keşməkeşli və qürur dolu həyat və fəaliyyətindən geniş bəhs olunan “Millət fədaisi” adlı sənədli film nümayiş etdirilir.


Açar sözlər: ,  ,