19.11.2019

IX sinif şagirdlərinin imtahan nəticələri müzakirə olunub

Noyabrın 19-da Ağstafa rayon təhsil şöbəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü və dəstəyi ilə keçirilən IX sinif şagirdləri üçün diaqnostik qiymətləndirmə məqsədi ilə buraxılış imtahanının II mərhələsi üzrə sınaq imtahanının nəticələri müzakirə olunub. Müzakirədə təhsil şöbəsinin məsul şəxsləri və məktəb direktorlarıiştirak edib.

Qeyd edək ki, imtahanda Ağstafa məktəblilərindən 929 nəfər 2 mərkəz - şəhər 1 saylı və şəhər 3 saylı məktəblərdə təşkil edilmiş imtahan mərkəzlərində monitorinqdə iştirak edib.


Açar sözlər: ,