20.11.2019

“Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər yekunlaşıb

Noyabrın 20-də “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər yekunlaşıb. Tədbirlər 20 oktyabr tarixindən start götürüb və noyabrın 20-nə qədər davam edib.

“Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.

Silsilə tədbirlər  Ağstafa rayonunun bütün məktəblərində keçirilib. Tədbirlərdə çıxış edənlər ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəaların uğurla həyata keçirildiyini şagirdlərin diqqətinə çatdırıblar. Eyni zamanda şagirlərə uşaq hüquqları ilə bağlı geniş məlumatlar verilib.


Açar sözlər: ,