21.11.2019

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya sona çatıb

Noyabrın 21-də “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya sona çatıb. Aksiyanın əsas məqsədi gələcək nəslə ölkəmizin tarixi irsini, mədəniyyətini, milli adət-ənənələrini, vətənpərvərlik ruhunu aşılamaq, müstəqillik illərində əldə olunmuş nailiyyətlərimizi dərindən öyrətmək, onların dünyagörüşünün daha da zənginləşdirilməsindən ibarətdir. 

Məktəblilər dörd gün ərzində Qəbələ ilə yanaşı, Şəki və Zaqatala rayonlarında tarixi abidələrlə, digər görməli yerlərlə yaxından tanış olacaqlar. Tur-aksiya məktəblilərin səfər etdikləri bölgələrin müasir inkişaf səviyyəsi ilə də tanış olmalarına şərait yaradılıb.

Tur-aksiya iştirakçıları müasir turizm infrastrukturuna malik olan Qəbələdə “Tufandağ” kompleksinə, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ tarix və mədəniyyət qoruğuna, udilərin yaşadığı Nic kəndinə baş çəkiblər.

Eyni zamanda məktəblilər “Şəki-İpək” kombinatında, Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki xanlarının sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi istirahət kompleksi ilə tanış olublar.

Zaqatalada isə şagirdlər müasir fındıq emalı müəssisəsi, tütünçülük təsərrüfatları ilə tanış olub, Tarix-Mədəniyyət Qoruğuna baş çəkib, Dədə Qorqud Meydanını gəziblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən Respublikamızda “Ölkəmizi tanıyaq” devizi ilə yuxarı sinif şagirdləri üçün ildə iki dəfə təşkil edilir.


Açar sözlər: ,  ,