21.11.2019

“Talassemiya və Dünya” mövzusunda tədbir

Noyabrın 21-də texniki-humanitar təmayüllü liseydə “Talassemiya və Dünya” mövzusunda tədbir keçirilib. Tədbirdə liseyin pedaqoji kollektivi və şagirdləri iştirak edib.

Tədbir çərçivəsində xüsusi elektron lövhədə “Talassemiya və Dünya” mövzusunda şagirlərə biologiya müəllimi Gülnar Qəhrəmanova tərəfindən məlumat verilib. Şagird, valideyn və pedaqoji kollektiv arasında müvafiq sahədə maarifləndirmə işinin, sosial səfərbərliyin təmin edilməsi, talassemiyanın profilaktikasının gücləndirilməsi məqsədilə təşkil olunan tədbirdə irsi xəstəlik olan talassemiya ilə mübarizə, bu xəstəliyini daşıyıcılarının aşkar edilməsi məqsədilə tibbi-genetik müayinələrin aparılması, talassemiyanın profilaktikasının gücləndirilməsi ilə bağlı məktəblilər və müəllimlər məlumatlandırılıblar. Həmçinin şagirdlərə xəstəliyin yaranma səbəbləri izah olub, bu xəstəliyin profilaktikası və müalicəsi haqqında məlumat verilib.Talassemiya xəstəliyi haqqında sorğu keçirilmiş, mövzu ilə bağlı videoçarx nümayiş etdirilib. 


Açar sözlər: ,  ,