25.11.2019

İsmayıl Şıxlının 100 illik yubileyi ilə “dəyirmi masa”

Noyabrın 25-də Vurğun qəsəbə tam orta məktəbində xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə “dəyirmi masa” təşkil edilib.

“Dəyirmi masa”da xalq yazıçısı İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən, zəngin bədii yaradıcılığından bəhs edilib, ədibin əsərlərinin əhəmiyyəti vurğulanıb, onun yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar yaratdığı şagirdlərin nəzərinə çatdırılıb.

Bildirilib ki, görkəmli yazıçı əsərlərində Azərbaycan xalqının milli düşüncə tərzini, dünyagörüşünü əks etdirməyə xüsusi diqqət yetirib, ömrünün sonunadək qələminə sadiq qalıb və ədəbiyyatımıza dəyərli nəsr əsərləri bəxş edib.

Şagirdlər  İsmayıl Şıxlının əsərləri əsasında müzakirələr aparılıblar. Yazıçının əsərlərindən sitatlar gətitiblər.

 


Açar sözlər: ,  ,  ,