30.11.2019

5-ci siniflərində mərkəzləşdirilmiş qaydada monitorinq imtahanı keçirilib

Noyabrın 30-da Ağstafa rayon ümumtəhsil məktəblərinin 5-ci siniflərində mərkəzləşdirilmiş qaydada monitorinq imtahanı keçirilib. Monitorinqdə rayon üzrə 1100 şagird iştirak edib. Şagirdlər 90 dəqiqə ərzində 15 Ana dili, 15 riyaziyyat, 10 xarici dil – ümumilikdə 40 sualı cavablandırıblar.

İmtahanlar 2 mərkəzdə təşkil olunub. Şagirdlərin cavabları növbəti günlərdə yoxlanılaraq mktəblərə təhvil veriləcək.

Qeyd edk ki, test sual nümunələri Təhsil Nazirliyi tərəfindən hazırlanıb.


Açar sözlər: ,  ,