05.12.2019

"İntellektual oyunlar" bilik yarışması keçirilib

Dekabrın 4-də Ağstafa rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Ağstafa Rayon Təhsil Şöbsinin dəstəyi ilə gənclər arasında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş "İntellektual oyunlar" bilik yarışması keçirilib.

Bilik yarışmasının təşkilində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, intellektual səviyyələrinin formalaşması, bilik və bacarıqlarının inkişafı, Ulu Öndər Heydər Əliyev irsini gənclərə aşılamaqdır.

"İntellektual oyunlar" bilik yarışması Ağstafa rayon 1, 2, 3 nömrəli tam orta məktəblər və Texniki-Humanitar təmayüllü liseyin 8 -10 - cu sinif şagirdləri arasında keçirilib. Bilik yarışmasında hər məktəb üzrə 4 üzvdən ibarət komanda iştirak edib. Yarışmada fərqlənən 2 nömrəli tam orta məktəb 1-ci, 3 nömrəli tam orta məktəb 2-ci, Texniki-Humanitar lisey 3-cü yerə layiq görülüb. 

Qalib komandalar Heydər Əliyev Mərkəzi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunub.


Açar sözlər: ,