11.12.2019

"Nəsimi ili" nə həsr olunmuş intellektual oyun üzrə məktəb çempionatı keçirilib

Dekabrın 11-də Şəhər 2 nömrəli tam orta məktəbdə "Nəsimi ili" nə həsr olunmuş intellektual oyun üzrə məktəb çempionatı keçirilib.

Çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına təkan vermək, eləcə də yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gənclərin aşkara çıxarılması, daha çox məktəblinin intellektual fəaliyyətə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkilini təmin etməkdən ibarətdir.

İntellektual yarışmada məktəbin X sinif şagirdlərindən ibarət  “Oğuz”, “Günəş”, “Zəka”, “Dərya” komandaları iştirak edib. Ən çox suallara düzgün cavab verən “Zəka” komandası I yerə layiq görülüb.


Açar sözlər: ,