16.01.2020

Ümumxalq Hüzn Gününə həsr olunan silsilə tədbirlər

Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Belə ki, məktəblərdə 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar “Vətən şəhidləri heç vaxt unutmayacaq!”, “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi”, “Tariximizin şanlı səhifəsi” və digər mövzularda konfrans  və “Dəyirmi masa”lar, bədii qiraət gecələri təşkil edilib.

Tədbirlərdə təhsil  müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.

Faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb. Qeyd olunub ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir.

Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Məktəblərin pedaqoji kollektivləri və şagirdlər Şəhidlər xiyabanını ziyarət ediblər.


Açar sözlər: ,