10.02.2020

Məktəblərdə maarifləndirici tədbirlər keçirilir

Ağstafa rayon məktəblərində Coronavirusdan qorunmaq üçün maarifləndirici tədbirlər keçirilir. Belə ki, bu məqsədlə şagirdlərə xəstəliyin ilk dövrlərində öskürək, temperatur, baş ağrı, ürəkbulanma, döş qəfəsində sıxıntı və s. əlamətlərəri olduğu izah edilir. Bu əlamətlər olduqda mütləq həkimə müraciət etmək lazımdır deyə qeyd olunur. Həmçinin, Coronavirusdan necə qorunmaq olar? - İnfeksiyadan qorunmaq üçün əlləri tez-tez yumaq, meyvə-tərəvəzi yaxşı yumaq, qapalı məkanlardan mümkün qədər uzaq olmaq, ictimai nəqliyyatda maska taxmaq, xəstəliyin əlamətləri olanlardan mümkün qədər uzaq olmaq, düzgün qidalanmaya, yuxu rejiminə riayət etmək və s. vacibliyi bildirilir.


Açar sözlər: ,