11.02.2020

"Uşaq alverinə qarşı mübarizə və onun yolları" adlı “dəyirmi masa”

Fevralın 11-də şəhər 3 nömrəli tam orta məktəbdə "Uşaq alverinə qarşı mübarizə və onun yolları" adlı “dəyirmi masa” keçirilib. Tədbirdə məkrəbin şagird və müəllimləri iştirak edib.

Məktəbin müəllimləri insan alveri və onun uşaq və yeniyetmələrin həyatında buraxdığı acı nəticələr, insan alverinin fəsadları, onun həyata keçirilməsinin forma və metodları, üsul və vasitələri barədə şagirdlərə məlumat verib. Həmçinin iştirakçılara insan alveri anlayışı, insan alveri qurbanları, potensial qurbanlarla işləmə prinsipləri və qaydaları, qurbanların sosial və hüquqi müdafiəsi, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə ətraflı məlumat verilib.

Tədbirin sonunda şagirdləri maraqlandırn suallar cavablandırılıb.