12.02.2020

Məktəbəhazırlıq qruplarında qruplarında təhsil alan uşaqlara hədiyyələr palyanılır

Təhsil Nazirliyi tərəfindən göndərilən ləvazimatlar rayonun məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara paylanılır.

Məktəbəhazırlıq qrupların məşğələlər həftədə 4 gün olmaqla, həftədə 12 məşğələdən ibarət. Bir gün ərzində 3 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqədir. Beşyaşlılara il ərzində 7 fənn - ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitq inkişafı, bədii təfəkkürün inkişafı, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət, musiqi və fiziki mədəniyyət fənnləri tədris edilir.

Qeyd edək ki, 2019-2020-ci tədris ilində məktəbəhazırlıq qruplarında 34 məktəbdə 49 qrup fəaliyyət göstərir. Bu qruplarda 874 şagird təhsil alır.