17.02.2020

“Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda konfranslar keçirilir.

Ağstafa rayon təhsil şöbəsinin tabeliliyindəki ümumtəhsil müəssisələrində “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda konfranslar keçirilir.

Konfranslarda məktəbin pedaqoji kollektivi və ümumtəhsil məktəblərinin bütün siniflərindən şagirdlər iştirak edir.

Konfransın əsas məqsədi uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşünə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işləri daha da gücləndirməkdir.


Açar sözlər: ,  ,