08.09.2020

Müəllimlərin işə qəbulu imtahanlarının sonuncu günü

Sentyabrın 8-də coğrafiya müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir. Bununla da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatır.

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Qeyd edək ki, Ağstafa imtahan mərkəzində ümumilikdə 876 namizəd müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak edib.

İmtahanda iştirak edən namizədlərə uğurlar arzu edirik!


Açar sözlər: