10.09.2020

Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri

Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə ümumtəhsil məktəb şagirdləri arasında təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Tağızadə Nərgiz müsabiqədə tərifnamə ilə təltif olunub.

Müsabiqənin final mərhələsində respublikanın müxtəlif şəhər və rayonlarında yerli mərhələnin qalibləri olmuş 82 ümumi təhsil müəssisəsindən olan şagirdlərin video təqdimatları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 7 nəfər I, 14 nəfər II, 19 nəfər III dərəcəli diplomla, 25 nəfər isə tərifnamə ilə təltif olunub.


Açar sözlər: ,