11.09.2020

Muğanlı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib

 

Sentyabrın 11-də Ağstafa rayon Muğanlı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil Nazirliyinin nümayəndəsi Orxan Abbasov, Ağstafa RTŞ-nin müdiri Kamran Abbasov, məktəbin direktoru Mustafa Əfəndiyev iştirak edib.

Məktəbin əsaslı təmirinə 2019-cu ilin avqustunda başlanılıb. Təhsil müəssisəsində sinif otaqları yenidən qurulub. Kimya, fizika laboratoriyaları, biologiya kabineti, hərbi hazırlıq otağı, informatika kabineti, əmək otağı, idman və akt zalları, kitabxana və yeməkxana fəaliyyət göstərir. İdman zalı yenidən qurulub, yeni idman qurğuları ilə təchiz olunub. Məktəb 624 şagird yerlikdir.

Futbol, voleybol, basketbol stadionları tikilib. Məktəb üçün ayrıca su artezian quyusu qazılıb. Yeni müasir istilik qazanxanası tikilib. Qazla təzhiz edilib. Yeraltı su anbarları tikilib. Məktəbin bütün ətrafə hasarlanıb.

Məlumat üçün bildirirk ki, məktəbin indiki binası 1982- ci ildə istifadəyə verilmişdir. 2019- 2020-ci tədis ilində məktəbdə 359 şagir və 20 nəfər beşyaçlı məktəbəhazırlıq qrupunda təhsil almışdır. Məktəbdə 49 müəllim fəaliyyət çalışır.


Açar sözlər: ,