14.09.2020

Yüksək nəticə göstərən məzunlarla görüş keçirilib

Sentyabrın 14-də Ağstafa rayon təhsil şöbəsində 2019-2020-ci tədris ilinnin ən yaxşı nəticə göstərən məzunları ilə görüş keçirilib. Görüşdə təhsil şöbəsinin müdiri Kamran Abbasov tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü bildirərək deyib: Müasir dünyamızda elm və təhsil hər bir ölkənin inkişaf səviyyəsini müəyyən edir. Təhsilin sosial-iqtisadi və mədəni inkişafdakı rolu hər gün daha da artır. Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət, qayğı göstərilir. Çünki bu, ölkəmizin, millətimizin gələcəyi məsələsidir.

Sonda məzunlara təhsil şöbəsi adından təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, 2019-2020-ci tədris ilində Ağstafa rayon ümumi təhsil müəssisələrindən 15 şagird qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərib. Ən yüksn nəticəni 658 balla Düzqışlaq kənd tam orta məktəbin şagirdi Mustafa Abdullayev göstərib.


Açar sözlər: ,