15.09.2020

“Bilik Günü” qeyd edilib

Sentyabrın 15-də ölkənin bütün məktəblərində olduğu kimi Ağstafa rayon təhsil şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində də “Bilik Günü” qeyd edilib.

Ağstafa rayon  təhsil şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 1162 şagird I sinifdə təhsil alır. Ümumilikdə 12 000-dən çox şagirdin təhsil alır.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil edilir. 


Açar sözlər: ,