Abbasov Kamran Yahya oğlu

             

1963-cü ildə Ağstafa şəhərində anadan olmuşdur.

1981-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə olmuşdur. 1986-cı ildə həmin universiteti bitirmişdir. 

1986-cı ilin avqust ayından 1988-ci ilin sentyabr ayına qədər Ağdaş şəhər Nizami adına 2 saylı orta məktəbdə, 1988-ci ilin sentyabr ayından 1989-cu ilin sentyabrına qədər Ağdaş şəhər M.Qorki adına 4 saylı rus orta məktəbində ixtisası üzrə müəllim işləmişdir. 

1991-ci ilin dekabr ayından 2017-ci ilin fevral ayına qədər Ağstafa rayon İcra hakimiyyəti başçısı aparatında məsləhətçi, baş məsləhətçi, sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.

3 fevral 2017-ci il tarixdən Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

            Ailəlidir, 3 övladı var.